İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verdi – Səbəbi ictimai tənqidlərdirmi?

  • By admin
  • 08 İyul 2020 13:16

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib.

Gununsesi.orgxəbər verir ki, bu barədə APA-ya açıqlamasında İ.Ağayev özü bildirib.

O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə, könüllü olaraq ərizə yazdım”.

Gununsesi.org