Sabiq icra başçısı DİN rəhbərindən kömək istəyir

  • Müəllif: admin
  • 03 Sentyabr 2026 10:19

Culfa rayon icra hakimiyyətinin sabiq başçısı və Naxçıvan Ali Məclisinin sabiq deputatı Ramiz Tağıyev Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Gununsesi.info-nun xəbərinə görə, Ramiz Tağıyev müraciətində özünün və ailə üzvülərinin təhdid edilməsi haqqında yazıb:

“Feysbuk və vatsap səhifələrimizdə agır təhqirlər, böhtanlar, təhdidlər edirlər. Bu işlər hansısa peşəkar xakerlər vasitəsilə etdirilir. Beləki, səhifələrimizə girib, status yerlərimizdə bizə qarşı çox ağır ifadələr işlədirlər.

Çox hörmətli Cənab Nazir!

Sizin ədalətinizə inanaraq Sizə müraciət edirəm. Xahiş edirəm ki, göstəriş verəsiniz, məni və ailəmi təhqir, təhdid edənləri, böhtan atanları aşkar edib cəzalandırsınlar”.

Gununsesi.info