İcra başçısı 4 kəndin sakinləri ilə görüşdü -VƏZİFƏLİ ŞƏXSLƏRƏ TAPŞIRIQLAR VERDİ (FOTOLAR)

  • By admin
  • 17 Fevral 2018 11:17

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov rayonun hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşlarla növbəti səyyar görüşü rayonun Livədirqə kəndində keçirib.

Rayon icra hakimiyyətindən Gununsesi.info-ya verilən məlumata görə rayon rəhbəri əvvəlcə görüş iştirakçılarını salamlayaraq bildirib ki, ölkə başçısının tapşırığ və tövsiyyələrinə əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gündə sizlərlə keçirilir.
Tədbiri giriş sözü ilə açan RİH başçısı son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışaraq cənab Prezidentin regionlara göstərdiyi diqqətdən bəhs etdi. Bildirdi ki, bu günə kimi regionların inkişaf etdirilməsi üçün ölkə başçısı tərəfindən qəbul edilmiş Dövlət Proqramının icrası uğurla həyata keçirilmiş, üçüncü Dövlət Proqramının icrası ilə bağlı işlər davam etdirilir.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” barədə söhbət açan icra başçısı Dövlət Proqramının icrası kooperasiya hərəkatının geniş yayılmasına, kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulmuş məqsədlərə nail olunmasına imkan yaradacağını qeyd edib.
R.Bağırov Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində ölkəmizin hər bir bölgəsi kimi rayonumuzun da simasının günü-gündən dəyişərək müasirləşdiyini, əhalinin rifah halının daha da yaxşılaşdığını vurğulayıb. Livədirqə kəndində tikilmiş yeni məktəb binası, Mastail kənd məktəbinin əsaslı təmir edilməsi, Mastail, Livədirqə və Murya kəndlərində yeni körpülərin tikilərək istifadəyə verilməsi, Mastail kəndində elektrik xətlərinin sip kabellərlə əvəzlənməsi, Əvilə kənd məktəbi üçün yeni binanın tikintisinə başlanılması, Nüsomurya kəndində veteranlar evinin tikintisi və ərazinin bütün kəndlərinə mavi qazın verilməsinin buna nümunə olduğunu diqqətə çatdırıb. Biz inanırıq ki, Azərbaycan qarşıdan gələn illərdə də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcək.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Abbas Zaidov, Adil Rzayev, Qəhrəman Məmmədov, Qüdrət Babayev, İsa Bağırov, Güləxan Fərəcov, Mais Təmkin, Əlirza Kərimov, Məzahir Şahbazov və digərləri görülən işlərə görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlıqlarını bildiblər və kənddaxili və kəndlərarası avtomobil yollarının təmirinə, Livədirqə həkim məntəqəsi üçün yeni binanın tikilməsinə, elektrik, rabitə xətlərinin təmirinə, Nüsomurya və Qədiməkücə kəndlərindən Murya kəndinə əlaqəni təmin edən piyada körpüsünün, Əvilə kəndinə gedən yolda çayın üzərində yeni körpünün tikintisinə, Livədirqə kənd ümumi orta məktəbinin tam orta məktəbə çevrilməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd edib, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Gununsesi.info