İcra hakimiyyəti yenə təmirə başlayır: 13 milyon manat xərclənəcək

  • By admin
  • 11 İyun 2020 18:20

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC dövlət mənzil fonduna aid binaların dam örtüyünün, eləcə də sosial-mədəni və məişət təyinatlı obyektlərin, təmiri ilə bağlı elan edilən 2 tenderin qalibləri bəlli olub.

Gununsesi.org  vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərdən birinin qalibi qalibi “Vest LTD” şirkəti, digəri isə “Star Construktion-12” QSC olub.

“Vest LTD”dən Dövlət mənzil fonduna aid binaların dam örtüyünün təmirinin satın alınması üçün 9 992 560 manatlıq müqavilə imzalanıb.

“Star Construktion-12” QSC ilə isə Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmirinin satın alınması ilə bağlı 2 993 911 manatlıq müqavilə bağlanıb.

Ümumilikdə iki şirkətə 12 milyon 987 min manat ödənilib.

Gununsesi.org