Goranboy rayonunda iş icraçısı döyülüb.
Gununsesi.info “Report”a istinadən bildirir ki,nəticədə 1973-cü il təvəllüdlü Qızılhacılı kənd sakini Allahverdiyev Sadiq Yaşar oğlu boyun nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində iş icraçısı kimi fəaliyyət göstərən S.Allahverdiyev idarənin rəisi Gündüz Bağırov tərəfindən döyülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Gununsesi.info