
“Efirlərə çıxmıram. Çünki səmimiyyət görmürəm. Bəzi aparıcılar ancaq qalmaqal edir. Mən axı musiqi ilə gəlmişəm. Başqa verilişlərdə özümü görmürəm”.
Gununsesi.info-nun məlumatına görə, bu sözləri müğənni Qədir Qızılsəs “5/5” verilişində deyib.
Sənətçi həyatından danışıb. O bildirib ki, 2017-ci ildə ailəsində çox itkilər olub:
“Dörd qızım var, üçü ailəlidir. Ötən il bacım, qardaşım rəhmətə getdi. Aradan bir az keçdi yenə bir bacımı, bir qardaşımı itirdim. Biz 8 övlad idik. İndi onlardan dördü dünyasını dəyişdi”.
Gununsesi.info











