İki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verdi

  • Müəllif: admin
  • 26 Oktyabr 2016 08:18

yollllllllllllllllllllllllllllllllll

Bakının Pirallahı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,   Dübəndi magistral avtomobil yolunda iki “VAZ” markalı minik avtomobili toqquşub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq hər iki minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücüləri çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Gununsesi.info