İl ərzində 4 dəfə məhkum olunan siyasətçi- ƏLİ ƏLİYEV -HÜQUQ MÜDAFİƏÇİSİ DEYİR Kİ…

Xəbər verdiyimiz kimi, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev növbəti dəfə cinayət məsulliyətinə cəlb olundu.

Gununsesi.info-nun xəbərinə görə, o kamera yoldaşına xəsarət yetirməkdə ittiham olunaraq 3 il 6 ay azadlıqdan məhrum edilib.
Bununla da VİP  sədri 4-cü şikayətə görə məhkum olunub.

İnsan hüquqları müdafəçisi Zaur Əkbər Gununsesi.info-ya açıqlamasında Əli Əliyevə qarşı baş verənləri dəyərləndirib:

Əli Əliyev Azərbaycanın müstəqil tarixində yeganə soyasi xadimdir ki, il ərzində 4 dəfə qurama, absurd, cəfəng ittihamlarla üz-üzə qalıb. 4 cü ittiham üzrə də sonuncu dəfə Cinayət Məcəlləsinin 127.2.3 maddəsi ilə təqsirli bilinərək  3.5 il azadlıqdan məhrum edildi.

Heç şübhəsiz ki,  Müdafiə Xətti İsan Haqları təşkilatı olaraq, bu həbslərin hamısının sifarişli hesab edirik.

Əli Əliyev beynəlxalq təşkilatların müstəvisində prinsip və dəyərlərinə baxsaq, birmənalı olaraq vicdan məhbusudur. Təsadüfü deyil ki, Müdafiə Xətti İnsan Haqları Təşkilatı olaraq beynəlxalq ictimaiyyəti xüsusilə diplomatik korpusları və digər beynəlxalq təşkilatları Əli Əliyevin məhkəməsində baş verənlərlə bağlı daim məlumatlı saxlayırıq, informasiya mübadiləsi edirik. Qeyd edim ki,  ABŞ-ın, Almaniya Federativ Respublikasının, Çexiyanın ölkəmizdəki səfirliklərinin nümayəndələri bir neçə dəfə Əli Əliyevin məhkəmələrindəiştirak edib və gedən prosesləri müşahidə ediblər.

Bu onu deməyə əsas verir ki, həm də Əli müəllimin məhkəməsi ölkənin hüdudlarından kənara çıxıb. beynəlxalq təşkilatlar buna maraq göstərirlər.

Düşünürük ki, Əli Əliyevin həbsini bundan sonrakı dövrlərdə də beynəlxalq təşkilatlar diqqətdə saxlayacaqlar. Təbii ki, Müdafiə Xətti İnsan Haqqları təşkilatı olaraq, biz bu məsələni onların daim diqqətdə saxlaması üçün əlimizdən gələni edəcəyik və ümid edirik ki, Əli müəllim tez bir zamanda azadlıqa qovuşacaq”.

 

Mətləb YAQUBLU

GUNUNSESİ.İNFO