İlham Zəkiyev bürünc medala sahib oldu

  • By admin
  • 14 May 2017 23:01

ilham zekiyev-3

Azərbaycanın paralimpiyaçı cüdoçusu İlham Zəkiyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olub.

Gununsesi.info xəbər verir ki, İlham Zəkiyev 100 kiloqramdan yuxarı çəki dərəcəsində üçüncü yer uğrunda döyüşdə türkiyə təmsilçisi Dursan Hayranı ipponla məğlub edib.

Cüdoçumuz İlham Zəkiyev “Afina-2004” və “Pekin-2008” Yay Paralimpiya Oyunlarının qalibidir. O, həmçinin Dünya Oyunlarının dəfələrlə mükafatçısı olub. İlham Zəkiyev ikiqat dünya, beşqat Avropa çempionu, Əməkdar İdman Ustasıdır. Birinci Avropa Oyunlarının da çempionu olan idmançımız “Şöhrət” ordeni, “Tərəqqi” medalı və Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl çinar” mükafatının laureatıdır.

Gununsesi.info