İlk dəfə 300 min nəfərlik əhaliyə malik olan ölkə Dünya Çempionatına vəsiqə qazandı

  • By admin
  • 10 Oktyabr 2017 07:50

dunya-cemp

Futbol üzrə İslandiya yığması əhalinin sayına görə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ən kiçik ölkə olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hazırda ada dövlətində 330 min nəfər yaşayır.

Bundan əvvəli rekord Trinidad və Tobaqoya məxsus idi – 1,3 milyon.

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin “I” qrupunun qalibi olan İslandiya Xorvatiya, Ukrayna, Türkiyə, Finlandiya və Kosovo komandalarını qabaqlayıb. Son turda islandiyalılar Kosovonu 2:0 hesabı ilə məğlub ediblər.

Gununsesi.info