İmişlidə ərzaq mağazası kül oldu - Sahibinə 400 min manat ziyan dəydi (FOTOLAR)

  • By admin
  • 07 Noyabr 2016 11:05

market

İmişlidə  yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, şəhər ərazisində yerləşən iri marketlerdən biri  yanar konstruksiya  və içərisindəki ərzaq məhsulları ilə birlikdə yanaraq külə  dönüb. Hadisə ötən gün səhər saatlarında  İmişli şəhəri, Zərifə Əliyeva küçəsindəki marketdə qeydə alınıb. Belə ki, rayon sakini Əlibala Nəsirova məxsus market anidən alovlanmağa başlayıb. Qısa  müddətdə  alov  güclənərək  marketi  cənginə alıb. Bu barədə məlumat daxil olan kimi Fövqəladə Halar Nazirliyinin İmişli rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. 1 saata yaxın alovla mücadilə edən yanğısöndürənlər tərəfindən nəhayət ki, yanğını södürülüb və yanğının yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinə və digər obyektlərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq ümumi sahəsi 300 kvadratmetr olan market  içərisindəki ərzaq məhsulları ilə birgə  yanaraq  külə dönüb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.  Sahibkara 400 min manatdan artıq ziyan dəydiyi bildirilir.

Faktla bağlı aidiyyati qurumlar tərəfindən araşdırma aparılır.

market1 market2

Gununsesi.info