İmişlidə 16 yaşlı qadın əri tərəfindən balta ilə qətlə yetirilib

  • By admin
  • 14 Oktyabr 2016 20:00

balta

 

İmişlidə qətl hadisəsi baş verib.
“Report”un Aran bürosunun verdiyi məlumata görə, hadisə rayonun Gövhərli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 26 yaşlı Ağappa Albaba oğlu Nəsirov həyat yoldaşı, 16 yaşlı Aygün Altay qızı Abdulxalıqovanı balta ilə vuraraq qətlə yetirib.
Məlumata görə, cinayətkar polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı İmişli rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info