İmişlidə “VAZ- 2106” maneəyə çırpılıb: sürücü ölüb, iki uşaq yaralanıb

  • By admin
  • 20 May 2017 22:29

avtoqeza

 

İmişlidə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə İmişli rayon mərkəzində baş verib. Kəlbəcər rayon sakini 1963-cü il təvəllüdlü  Məmmədov Zakir Məhəmməd oğlunun idarə etdiyi “VAZ- 2106” markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü ölüb, iki azyaşlı uşaq xəsarət alıb. Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info