İmişlidə yanğın hadisəsi qeydə alındı

  • Müəllif: admin
  • 19 Sentyabr 2016 22:34

yangin_esas

İmişlidə yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd yataq dəsti, mətbəxdə stol və 4 ədəd stul yanıb.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 9 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info