Yük avtomobili aşdı, 3 nəfər ağır xəsarət aldı

  • By admin
  • 19 Sentyabr 2016 22:27

qeza-1

Göyçay rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Gununsesi.info-nun APA-nın yerli bürosuna istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçayın Bəydövül kəndi ərazisində qeydə alınıb.

“QAZEL” markalı yük avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobildəki şəxslər-Bəydövül kənd sakinləri, 1986-cı il təvəllüdlü Babayev Adil Səmid oğlu, 1988-ci il təvəllüdlü Babayev Sənan Sərkər oğlu və Kürdəmir rayon sakini 1970-ci il təvəllüdlü Əhmədov Vəfadar Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info