İndoneziyada güclü zəlzələ: Ölənlərin sayı artdı - YENİLƏNİB VİDEO

İndoneziyanın Yava adasında baş verən zəlzələ qurbanlarının sayı 56 nəfərə çatıb.

100-dən çox insanın itkin düşdüyü qeyd edilir.

Son məlumatlara görə, yaralı sayı 700 nəfəri ötüb, onların əksəriyyətinin vəziyyətinin ağır olduğu vurğulanır.

14:55

İndoneziyanın Yava adasında 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində 44 nəfər həlak olub.

Yeraltı təkanlar nəticəsində 300 nəfər yaralanıb.

Həyatını itirənlər Qərbi Yava əyalətinin Çianjur rayonunun sakinləridir.

Yeddi yaşayış binasına, o cümlədən məktəb, xəstəxana və bir neçə inzibati binaya ziyan dəyib.

Ocağı 5 km dərinlikdə olan zəlzələnin episentri paytaxt Cakartadan 74 km cənub-şərqdə yerləşib.

Mənbə: AFP