“İnter” – “Milan” derbisi üçün rekord məbləğdə bilet satılıb

  • By admin
  • 15 Oktyabr 2017 16:25

5173b699-7247-457d-8ded-c30b9eaa321f
İtaliyanın “İnter” klubu bu gün A Seriyasının VIII turu çərçivəsində “Milan”la keçiriləcək matça bütün biletləri satıb.
“Report” xəbər verir ki, “Neradzurri”nin bilet satışından əldə etdiyi məbləğ 4,8 milyon avro təşkil edib ki, bu da İtaliya futbolu üçün rekord göstəricidir.
Bundan əvvəlki nailiyyət də “İnter”ə məxsusdur. Klub cari ilin aprel oyununda keçirilmiş Milan derbisi üçün bilet satışından 4,204 milyon avro məbləğində bilet satıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.
“San-Siro – Cuzeppe Meatsa” stadionu 82 min 995 nəfərlik yer tutumuna malikdir.

Gununsesi.info