İnternet təminatında fasilələr yarana bilər - "BAKİNTERNET"DƏ TƏKMİLLƏŞDİRMƏ İŞLƏRİ APARILACAQ

  • By admin
  • 14 Noyabr 2017 17:06

İnternet təminatında fasilələr yarana bilər.

“Bakı Telefon Rabitəsi” MMC-dən Gununsesi.info-ya verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə “Bakinternet”in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

Gununsesi.info