
2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunan, iki ay sonra təcridxanada intihar edən Antiterror Mərkəzinin rəis müvaini olmuş İlqar Əliyevin ailə üzvləri o, həbs ediləndən sonra üzərinə həbs qoyulan əmlakların geri qaytarılması üçün məhkğməyə müraciət edib.
Gununsesi.info xəbər verir ki, bu işə Bakı Apelyasiya Məhkəməsində baxılıb qərar çıxarılacaq.
MTN-nin Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyev haqqında hökmdə İlqar Əliyevin əmlakları ilə bağlı məsələdə əksini tapıb. Onun ölümü ilə əlaqədar haqqındakı cinayət işinə xitam verilsə də, əmlaklarının müsadirəsinə dair qərar çıxarılıb. Bakı Hərbi Məhkəməsi belə nəticəyə gəlib ki, o əmlaklar cinayət yolu ilə əldə olunub. Ona görə İlqar Əliyevin yaxınları da Elçin Quliyev və keçmiş işçisi Azər Mehdiyev haqqında hökmdən apellyasiya şikayəti veriblər.
Bu işə martın 15-də baxılacaq.
Gülər
Gununsesi.info











