
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017 – ci il üçün elan etdiyi I qrant müsabiqəsində “İrəvan-2018 portalının yaradılması” layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) İctimai Birliyi www.iravan2018.com portalını təqdim edib.
Gununsesi.info-nun xəbərinə görə, təşkilatın sədri Zaur Qəriboğlu bildirib ki, portal BİRA-nın ötən ilin may ayında təsis etdiyi, 10-dan çox QHT-nin üzv olduğu “İrəvan-2018” Hərəkatının fəaliyyətinin davamı olaraq yaradılıb. Təşkilat sədri layihənin müddətinin bitməsinə baxmayaraq, portal üzərində mütamadi olaraq, işlənərək, zamanla təkminləşdiriləcəyini deyib:
“Biz ideologiyaya hesablanmış internet resurslarından IP gözləməməliyik. İllərdir, bu yalnış yanaşmaya görə ideologiya, informasiya sahəsində mübarizə aparan internet resurslarının fəaliyyəti maliyyə çatışmamazlığı ucbatından yarımçıq qalıb. Çünki bu gün pulu ancaq IP yığan, lazımsız informasiyalar paylaşan saytlara verirlər. Hansı ki, düşmən bizdən fərqli olaraq, məhz, ideologiyaya hesablanmış resurslarını maksimum ayaqda saxlamağa çalışır. Bizim isə məhz, müasir dövrün tələbi olaraq, ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətləri dünyaya yayan resursumuz yoxdu. Çünki bu ideologiya işidir. Bizim də ən zəif və axsaq tərəfimiz ideologiyadır”.
Daha sonra çıxış edən “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas çox kiçik maliyyə ilə “İrəvan – 2018” portalını yaradaraq, böyük iş görən BİRA ictimai birliyinə minnətdarlığını bildirib: “Gələcək layihələrinizdə də portalı təkminləşdirərək, bu mövzulu portallar yaradaraq cəmiyyətə çox böyük töhfələr verə bilərsiniz. Bu portallar xəbər saytı deyil. Bunlar müasir dünyaya lazım olan informativ məlumat resurslarıdır”.
BİRA-nın “Karabakh Today” və yeni istifadəyə verilən “İrəvan2018” portalarının redaktoru Qədir Nəsirov qeyd edib ki, layihəyə arxivlərdə çalışaraq, İrəvanın güzəştə gedilməsini isbatlayan protokolları da əldə edib portala yerləşdirilib. O, qeyd edib ki, zamanla bütöv Qərbi Azərbaycanla bağlı ensklopedik materiallar da istifadəçilərə təqdim olunacaq.
Gülnaz Qənbərli
Gununsesi.info










