
İranın xam neft istehsalının həcmi sutkada 3,95 milyon barrel təşkil edir.
Axar.az xəbər verir ki, bunu İranın neft nazirinin müavini Əli Kardor deyib. O bildirib ki, İran hazırda gündəlik 2,2 milyon barrel neft ixrac edir.
“İran Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirir”, – deyə nazir müavini bildirib.
Xatirladaq ki, Ötən il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEK üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Mayın 25-də OPEK Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEK-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.
Gununsesi.info












