İrana xarici müdaxilə bütün region üçün ciddi risklər yaradacaq - Ərdoğan

  • Müəllif: Firuzə
  • 04 Fevral 2026 19:58

Nüvə məsələsi də daxil olmaqla, İranla bağlı problemlərin diplomatik həlli ən uyğun yoldur.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata birgə bəyanatında bildirib.

“Xüsusən qonşumuz İrana xarici müdaxilələr bütün region üçün ciddi risklər yaradacaq”, – Ərdoğan vurğulayıb.

Gununsesi.info