İraqın baş naziri: "İŞİD üzərində tam qələbə əldə edilib"

  • Müəllif: admin
  • 09 Dekabr 2017 15:31

İraqın baş naziri Heydər Əl-Abadi İŞİD üzərində tam qələbə əldə etdiklərini bəyan edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə o, keçirdiyi mətbuat konfransında deyib.

“Silahlı qüvvələrimiz tam olaraq İraq-Suriya sərhədində nəzarəti ələ keçirib və bununla da biz İŞİD-ə qarşı müharibənin başa çatdığını bəyan edirik”, – deyə o, əlavə edib.

 

Gununsesi.info