İsgəndər Həmidovun yas mərasimi bu ünvanda olacaq

  • By admin
  • 26 Fevral 2020 11:57

Dünən gecə dünyasını dəyişən sabiq daxili işlər naziri İsgəndər Həmidovun nəşi hazırda Bakının Göy məscidindədir. Oradan dəfn olunmaq üçün Sulutəpədəki qəbristanlığa aparılacaq və mərhum həyat yoldaşının yanında dəfn olunacaq.

Gununsesi.org xəbər verir ki, bu barədə Turkustan.info-ya İ.Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadə bildirib.

İ.Həmidovun hüzr mərasimi isə bu gün dəfndən sonra Badamdarda – “Bəyoğlu” restoranı ilə üzbəüz mərasim evində keçiriləcək.

Allah rəhmət eləsin!

Gununsesi.org