
“Hansısa “reket sayt”larda mənim barəmdə uydurma, yalan xarakterli yazılar verənlər qanundan kənar tələblər irəli sürənlərdir. Bizim işimiz şəffafdır və işimizə görə, rəhbərliyimizin hansısa ciddi tənqidləri ilə qarşılaşmamışıq”. Bu sözləri Gununsesi.info-ya açıqlamasında DİN-nin BDYPİ-nin Gəncə şəhər 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədov son zamanlar bəzi xəbər saytlarında barəsində yazılan məlumatlara aydınlıq gətirərkən söyləyib.
Şöbə rəisi bildirib ki,bəzi şəxslər ondan hansısa qanunsuz addımlar atmağı, xüsusilə, imtahan vermədən sürücülük vəsiqəsinə sahib olmağı tələb ediv və o da bu tələbləri rədd etdiyindən reket saytlar vasitəsilə ona qarşı böhtan kampaniyası aparıblar: “Mən öz fəaliyyətimizdə qanuna istinad edirik. Belə böhtanlardan da narahatlığımız yoxdur. Ona görə də bu yazılanlara ciddi yanaşmaq lazım deyil. Bu gün mənə böhtan atan 2-3 nəfərdirsə, məndən razılıq edənlər minlərlədir. Çünki, işimizdəki şəffaflıq vətəndaşların ürəyincədir”.
Gununsesi.info












