İslam dini pərdəsi altında ərəbləşdirmə, farslaşdırma prosesi gedir - GÜNDÜZ İSMAYILOV

  • By admin
  • 16 Fevral 2017 13:28
gunduz
“Son vaxtlarda beynəlxalq terminolagiyalar anormal dindarlaşama termini istifadə olunmaqdadır. Bu anormal dindarlıq  din pərdəsi altında dinlə daban dabana zidd  hərəkətdir. Anormal dindarlıq təkcə İslamda deyil, digər dinlərdə də mövcuddur. Məsələn xristianlıq da  bəzi sektalar mövcuddur ki, onlar da avtomiobildən, İKT və digər müasir texnologiyadan istifadəni düzgün hesab etmir. Belə anormal dindarlıq İslamda da mövcuddur”.
Gununsesi.info xəbər verir ki, bunu Dini  qurumlarla iş  üzrə dövlət komitəsinin sədr müavini Gündüz İsmayılov Mill Məclisdə keçirilən “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda təşkil edilən dəyirmi masada çıxışi zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan da anormal dindarlıqdan sığortalanmayıb və belə hallar mövcuddur. “Anormal dindarlıq təkcə ailə institutlarına deyil, eyni zamanda millit dövlətçiliyimizə təhdiddir. Bu, anormal dindarlıq İslamda nə şəriətlə bağlı olan məsələ deyil.  İslamda bir var şəriət, bir də xalqların mədəniyyəti… Şəritə hamı üçün eyni olsa da, mədəniyyətlər isə fərlidir. Bu hamıya şamil etmək olmaz. Ərəbin, farsın, parkistanlının hərəsinin özünəməxsus mdədəniyyəti var və bu mədəniyyətlər fərqlidir. Hər bir xalqın fərqli mədənəyyəti olduğundan, onların ailə münasibətləri də fərqlidir. Müxtəlif xalqalrın mədəniyyətini din pərdəsi altında digər xalqlara, bunu İslamın  həyat tərzi kimi təqdim eilməsi yolverilməzdir. Bu yolla azərbaycanlı ailənin farslaşdırılması, ərəbləşdirilməsi prosesi gedir. Bu təhlükəlidir.  Çünki  hər bir  xalqın öz ailə mədəniyyəti var. O cümlədən Azərbaycanın unikal bir ailə institutu var. Hansı ki, o adətə görə  azərbaycanlı kişini bir qadını olub. Çox arvadlılıq istisnalar təşkil edib”- deyə, G. İsmayılov vurğulayıb.
İslamda çoxarvadlılıq məsələsinə toxunan G. İsmayılov bidlirib ki, İslamda belə qayda olsa da, bu heç də, bütün xalqalra şamil edilmir: “Bu əsasən ərəb mədəniyyətinə uyğun adətdir. İslam çoxarvadlılığa razılıq versə də,  şəri qayda kimi məcbur etmir. Şərt yoxdur ki, kişinin mütləq dörd arvadı olsun. Bu cür hallar  din pərdəsi altında Azərbaycan ailə mədnəyyətinə digər xalqların mədəniyyətinin proyeksiyasıdır. Ona görə də burada İslamı günahlandırmaq düz deyil. Biz bu təhdidlərin qarşısını almalıyıq”.
Siğə məsələsinə toxunan G.İsmayılov deyib ki, İslamda hansısa məzhəbdə buna icazə verir: “Bunu inkar etmirik. Ancaq  yenə də deyirəm, belə adət hansısa xalqın ailə ənənəsidir və onu din pərdəsi altında  gündəmə gətirir. Bu islamda şəri qayda deyil”.
 Erkən nigahların da əleyhinə olan Komitə sədrinin müavini deyib ki, tarixən Azərbaycanda belə hallar az olub.
 Komitə sədrinin müavini bir daha onu xatırladıb ki, anormal dindarlıq  ideoloji savaşın tərkib hissəsidir və bu ideoloji mübarizə milli təhlükəsizliyimizə təhdiddir: “Buna qarşı cımiyyət olaraq birgə mübarizə aparmalıyıq”.
Mürtəza
Gununsesi.info