
Futbol üzrə İspaniya çempionatının qalibi müəyyənləşib.
Gununsesi.info-nun Apasport.az -a istinadən məlumatına görə, son turda bütün diqqətlər Malaqa və Barselonaya yönəlib. Belə ki, bu şəhərlərdə keçiriləcək “Malaqa” – “Real” və “Barselona” – “Eybar” oyunlarında çempionluğun taleyi həll edilib.
Madrid təmsilçisi səfərdə qalib gələrək, “Barselona”nın 4:2 hesablı qalibiyyətinə baxmayaraq, mövsümü çempion kimi başa vurub. Qeyd edək ki, “kral klubu” son dəfə 5 il əvvəl La Liqanın çempionu olmuşdu.
İspaniya La Liqası
XXXVIII tur
“Barselona” – “Eybar” – 4:2
Qollar: Yunka, 63 (öz qapısına), Suarez, 73, Messi, 76 (pen.), 90+2 – İnui, 7, 61
“Malaqa” – “Real” – 0:2
Qollar: Ronaldo, 2, Benzema, 55
Gununsesi.info










