“İsrail qanunsuz məskunlaşmanı genişlətsə, dirənişi yüksəldəcəyik” – Həmas başçısı Həniyə

  • By admin
  • 29 Dekabr 2022 16:10

Fələstindən İsrailin işğal etdiyi torpaqlarda qanunsuz məskunlaşma aparması ilə bağlı açıqlama səsləndirilib

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər veri ki, Həmas lideri İsmayıl Həniyə işğalçı İsrail tərəfinin Benyamin Netanyahunun liderliyində qurulacaq yeni İsrail hökumətinin qanunsuz yəhudi yerləşmə məhəllələrini genişləndirəcəyi halında buna “dirənişi yüksəltmək və gərginləşdirməklə” cavab verəcəklərini açıqlayıb.

Netanyahunun qurduğu hökumət proqramında işğal altındakı Qərbi Şəriədəki yerləşmə məhəllələrini gücləndirmək üçün işə başlayacağını başlatmasından sonra Həmas bu addıma cavab olaraq hərəkətə keçib.

İsrail liderlərinin və hökumətlərinin, siyasi fikir və meyillərinin ortalığı alovlandırdığını söyləyən Həniyə Fələstin xalqının öncəliklərinin yeni İsrail hökumətinin prioreitetləri qarşısında dirənmək və birliyi təmin etmək olduğunu vurğulayıb.
O, yəhudi yerləşmə məhəllələrinin genişlətməsinin qarşısını almaq üçün yəhudi məskunları Fələstin torpaqlarından qovmaq üçün mümkün olan bütün vasitələrlə basqı edəcəklərini dilə gətirib.

Xatırladaq ki, İsraildə 1 noyabrda edilən ümumi seçkilərdə Netanyahunun lideri olduğu sağ birlik 120 yerlik Parlamentə 64 millət vəkili göndərərək açıq bir zəfər qazanmışdı.

Netanyahunun aşırı sağçı və Ultra Ortodoks partiyaları ilə qurduğu koalisiya hökumətinin sabah Parlamentdən səsvermədə etimad qazanacağına mütləq ehtimal var.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info