İşsizlik kriminalı çoxaldacaq - DEPUTATDAN QORXUNC PROQNOZ

  • Müəllif: admin
  • 08 Dekabr 2016 12:30
fazil
“Ölkədə işsizliyin artması insanları kriminal aləmə sövq edir”.
Gununsesi.info  xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə,  hökumət yaranmış vəziyyətdə  yeni iş yerləri açmaq və insanların məşğulluğunu təmin etmək istiqamətində ciddi tədbrilər planı həyata keçriməlidir.
“Əks təqdirdə, bu işsizlik ciddi fəsadlara gətirib çıxaracaq. Mən bu günlərdə rayonların birində yas mərasimində idim. Insanlar işsizlik problemindən  narahatlıqlarını dilə gətirirdilər. Bildirirdilər ki, işsizlik artıq gənclər arasında narkomaniyaynın inkişaf etməsinə təkan verməklə yanaşı, onları kriminal aləmə  də sövq edir. Ona görə də  bu problemin qarşısının alınması təkcə polisin gücü daxilində deyil. Gərək  hökumət də bu istiqamətdə ciddi tədbirlər həyata keçirsin. Hansı yolla yeni iş yerləri açılmalıdır, hökumət bu məsələyə ciddi yanaşmalıdır. Yoxsa gələcəkdə bunun fəsadları pis ola bilər”- deyə, millət vəkili bildirib.
Mürtəza 
Gununsesi.info