
Bu gün Türkiyənin İstanbul şəhərində Fəthullahçı Terror Təşkilatı və Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) kadrlarının da olduğu 53nəfər barəsində həbs qərarı verilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul Şəhər Prokurorluğu məlumat yayıb.
Belə ki, İstanbul 17 rayonunda eyni vaxtda aparılan əməliyyat zamanı şübhəlilərdən 27 nəfəri saxlanılıb.
Qeyd edək ki, hazırda İstanbul Terrorla Mübarizə Şöbəsinin, eləcə də Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları tərəfindən başladılan əməliyyat davam etdirilir.
Anar
Gununsesi.info












