
İstanbulda bu dəqiqələrdə yağış və fırtına davam edir.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, yağış səbəbindən yolları və yeraltı tunelləri su basıb.
Hazırda külək o qədər güclüdür ki, hətta maşınları da sürükləyir.
Kəskin hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib. Boyu 160 sm-dən və çəkisi 70 kq-dan az olanların çölə çıxmamağı tövsiyyə olunub. Həmin şəxslərin sel suları altında qala biləcəyi və küləyin apara biləcəyi riskinin olduğu bildirilib.
Gununsesi.info












