
“TV8” kanalının rəhbəri Acun Ilıcalı növbəti mövsümdən etibarən “Survivor Braziliya” yarışmasını da çəkəcək.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarışma üçün iştirakçılar axtaran Acun, keçmiş futbolçu Aleks de Souzaya da təklif göndərib.
Lakin, Aleks təklifi qəbul etməyib. Keçmiş futbolçunun Braziliyada telekanallardan birində şərhçi kimi çalışacağı bildirilir.
Qeyd edək ki, Acun və Aleks arasında yaxın dostluq əlaqələri var. Aleks “Survivor Türkiyə”də qonaq olmuşdu. Onun təklifi qəbul etməməsi Acunu da təəccübləndirib.
Gununsesi.info











