İstirahət günlərinin “yol terroru“ - 12 ÖLÜ, 17 YARALI

  • By admin
  • 11 Dekabr 2017 12:30

İstirahət günlərində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 17 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 12 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Gununsesi.info