İtkin dənizçilərin cəsədləri “USS Fitzgerald” gəmisinin su basmış hissəsində tapıldı

  • Müəllif: admin
  • 18 İyun 2017 09:30

gami

ABŞ hərbi dəniz qüvvələrinə məxsus “USS Fitzgerald” esminesinin Filippin ticarət gəmisi ilə toqquşması nəticəsində itkin düşən dənizçilərin cəsədləri gəminin su basmış hissəsində aşkar edilib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə ABŞ-ın yeddinci donanması məlumat yayıb.

Xəbər verdiyimiz kimi, hadisə nəticəsində üç nəfərin xəsarət aldığı və yeddisi dənizçinin itkin düşdüyü bildirlirdi.

Axtarış-xilasetmə əməliyyatı zamanı dənizçilərin cəsədləri esminesin su basmış hissəsində tapılıb və tanınmaq üçün Yokosuka hərbi hospitalına göndərilib.

Gununsesi.info