İtkin düşən 18 yaşlı gəncin meşədə meyidi tapılıb

  • By admin
  • 03 Mart 2018 22:45

Bu gün günorta saatlarında Şabran rayonunda gənc oğlanın meyidi tapılıb.

Gununsesi.info xəbər verir ki, cəsəd rayonun Xəlfələr kəndi ərazisindəki meşə massivində aşkar edilib. Meyidin bir neçə gün əvvəl itkin düşmüş 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olması müəyyən olunub.

Hadisə ilə bağlı Şabran Rayon Prokurorluğunun nümayəndələri və polis əməkdaşları araşdırma aparırlar.

Gununsesi.info