İtkin düşən idmançıların axtarışlarına helikopter cəlb olundu

  • Müəllif: admin
  • 23 Aprel 2018 10:46
Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub.
Bu barədə  Gununsesi.info-ya FHN-dən məlumat verilib.
Məlumatda bildirilib ki, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları paralel olaraq Flövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən də davam etdirilir.
Axtarış işləri barədə əlavə məlumat veriləcək.
Gununsesi.info