
Bu ilin martın 1-nə olan məlumatına əsasən, bank sektorunda 331 nəfər ixtisar olunub.
Gununsesi.info bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatlarına istinadən xəbər verir.
Hesabatlardan məlum olur ki, bu ilin fevral ayı üçün bank işçilərinin sayı 16 331 nəfər olub. 2017-ci ilin eyni dövrü ilə müqayisədə isə bu rəqəm 16 662 nəfər təşkil edirdi. Bir il ərzində bank işçilərin sayı 2 faiz azalıb.
Qeyd edək ki, hesabat dövrü ərzində 2 bankın bağlandığı, filialların sayı isə 563-dən 511-ə qədər düşdüyü göstərilir
Vüsalə
Gununsesi.info












