
Xüsusi təyyarəylə Ukraynanın paytaxtı Kiyevdən Atatürk Hava Lımanına gələn Jamaləni Krım Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyi üzvləri və sevənləri qarşılayıb.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Jamalə onu qarşılamağa gələnlərlə şəkil çekdirib.Mətbuat nümayəndələrinin suallarını cavablandıran Jamalə İstanbulda olduğuna görə, özünü xoşbəxt hiss etdiyini deyib.Türkiyəni çox sevdiyini deyən müğənni, Fetullahci Terror Təşkilatının (FETO) uğursuz dövlət çevrilişinə cəhdindən çox kədərləndiyini dilə gətirib və “Şəhidlərə Allah rəhmət etsin” deyib.Krımlı tatar sənətçi Jamalə avqustun 17-də Hərbiyə Cemil Topuzlu Açıq Hava səhnəsində verəcəyi konsertin biletlərinin tükənmək üzrə olduğunu vurğulayaraq, vətəndaşları konsertə dəvət edib.
Gülnaz Qənbərli
Gununsesi.info











