Jidkova yeni mövsümdə “Azərreyl”in şərəfini qoruyacaq

  • By admin
  • 29 Sentyabr 2016 18:19

yekatrina

Azərbaycan millisinin voleybolçusu Yekaterina Jidkova yeni mövsümdə “Azərreyl”in şərəfini qoruyacaq.

Gununsesi.info  xəbər verir ki, “Azəryol”dan sabiq klubuna transfer olunan Y.Jidkova ilə birillik müqavilə imzalanıb. Son mövsümlərdə yığmada da oyununu artıran voleybolçunun yeni mövsümdə əsas heyət üzvü olacağı gözlənilir.

“Azərreyl” Y.Jidkovadan əvvəl Aynur Kərimova, Ceyran Əliyeva, Şəfaqət Həbibova (hamısı Azərbaycan), Edina Dobi (Macarıstan) və Malika Kanzonq (Tailand) ilə müqavilə imzalayıb.

Bakı təmsilçisi, həmçinin yığmamızın digər üzvləri Ayşən Abduləzimova və Anastasiya Qurbanovanı, amerikalı Marten Bettendorf, keniyalı Mersi Moim və serbiyalı Danitsa Radenkoviçi transfer edib, Valeriya Məmmədova ilə müqaviləni uzadıb.

Gununsesi.info