
Xırdalan şəhərində əlil jurnalist Adil Məmmədovu maşın vurub.
Gununsesi.info-nun məlumatına görə, fiziki məhdudiyyətli A.Məmmədov bazarın önündə yolun qarşı tərəfinə keçmək istəyərkən sürücü avtomobili onun üzərinə sürüb. Nəticədə müxtəlif bədən xəsarətləri alan A.Məmmədov xəstəxanaya yerləşdirilib. Yaralıya ilkin tibbi yardım gösrərildikdən sonra evə buraxılıb.
Gülnaz Qənbərli
Gununsesi.info