Kəlbəcər köçkünləri İnam Kərimovdan imdad gözləyir - MİNGƏÇEVİRDƏ ƏKİN SAHƏLƏRİ ÇƏYİRTKƏ HÜCUMUNA MƏRUZ QALIB

  • By admin
  • 07 İyun 2019 14:50

Mingəçevir ətrafı sahələrdə əkinçiliklə məşğul olan Kəlbəcər köçkünləri olan Natiq və Taryel İbrahimov qardaşları kənd təsərrüfatı naziri İnam Kərimova müraciət edib.
GUNUNSESİ.ORG xəbər verir ki, həyacan təbili çalan köçkün qardaşları 70 hektar sahədə tum əkdiklərini ancaq sahələrinin çəyirtkə sürüsünə məruz qaldığını deyib.
Onların sözlərinə görə, nazirlik təcili tədbir görməsə 50 min manata yaxın xərcləri batacaq: “Biz hörmətli nazirimizdən təcili kömək istəyirik.banklardan kredit götürüb, bu işə girmişik. Ancaq sahəmiz məhv olur”.

“Təcili müdaxilə lazımdır” deyən köçkün qardaşları nazirliyin  emailinə və telefonları vasitəsilə əlaqə yaratmaq imkanlarının olmadığını deyib: “Nazirliyin qaynar xətti və emailinə olan müraciətlər baş tutmur. Odur ki, media vasitəsilə bu müraciəti edirik”.

Köçkün qardaşları saytımız vasitəsilə nazirliyin onlarla əlaqə saxlaması üçün telefon nömrələrini də təqdim edib:

050-406-37-83

055-452-32-41