Kəmər taxmayan sürücülər cərimələndi

  • By admin
  • 10 Avqust 2021 11:20

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Modern.az xəbər verir ki, növbəti belə tədbir zamanı Biləsuvar şəhəri ərazisində nəqliyyat vasitələrinin və piyadaların sıx hərəkət etdiyi küçə və prospektlərdə kobud qayda pozuntularına yol verənlər, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb.

Hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilməklə barələrində qanunamüvafiq tədbirlər görülüb.