Kainatdakı ən böyük “Qara dəlik” tapılıb  - FOTO

  • By admin
  • 06 Sentyabr 2017 11:45

02

Samanyolu Qalaktikasının mərkəzindən təxminən 200 işıq ili uzaqlıqda yeni “Qara dəlik” kəşf edilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumat “Nature Astronomy” elmi jurnalında dərc olunub.

Belə ki, Yaponiyanın Keio Universitetinin professoru Tomoharu Okarın rəhbərliyi altında çalışan bir qrup yapon alimləri araşdırma apararaq kəşf edilən “Qara dəliyin” ətrafı molekulyar qazlarla əhatə olduğunu bildiriblər.

Yapon alimlər “Qara dəliyi” Cənubi Amerikanın qərb sahilində, Çilinin ərazisində Atakama səhrasında qurulan və dünyanın ən böyük yerüstü kosmik “Atacama Large Millimeter/Submillimeter Array” (ALMA) adlandırılan teleskopun köməyi ilə aşkar ediblər.

Qeyd edək ki, bu günədək Samanyolu Qalaktikasında aşkar edilən sayca ikinci ən böyük “Qara dəlik”dir. Hazırda kəşf edilən bu “Qara dəlik” Günəşdən təxminən 100 min qat böyükdür.

Anar
Gununsesi.info