Kaliforniyadan gələn gəmidən 1 ton narkotik aşkarlanıb

  • Müəllif: admin
  • 19 Dekabr 2017 20:10

İspaniyanın Valensiya şəhərində polis gəmilərin birində 1,1 ton kokain aşkar edib.

Gununsesi.info xəbər verir ki, polis narkotik vasitələrin yoxlama zamanı iki konteynerdə tapıldığını qeyd edib.

Polis həmin gəminin ABŞ-ın Kaliforniya ştatından gəldiyini bildirib.

Qeyd olunur ki, bu, İspaniya polisinin son bir ay ərzində aşkar etdiyi dördüncü iri həcmdə narkotik vasitədir.

Ümumilikdə 2017-ci il ərzində İspaniyada 30 tondan çox kokain, 20 tona yaxın marixuana və 440 kiloqram heroin aşkarlandığı bildirilir.

Gununsesi.info