Kamran Əliyevdən yeni TƏYİNAT

  • By admin
  • 10 İyul 2020 12:13

Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.

Gununsesi.org bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Günay Məmmədli Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin edilib. 

O bundan öncə Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində prokuror vəzifəsində çalışıb. 

Faktı Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.

Xatırladaq ki, prokurorluq orqanlarında son dövrlər aparılan kadr islahatları zamanı xanım əməkdaşların təyinatı diqqət çəkir, gender bərabərliyinin qorunması müsbət qarşılanır.

Gununsesi.org