Kanadada silahlı insident - POLİS ƏMƏKDAŞI ÖLDÜRÜLDÜ

  • By admin
  • 07 Noyabr 2017 08:40

Kanadada atışma nəticəsində polis əməkdaşı həlak olub. 

Gununsesi.info xəbər verir ki, insident Abbotdford şəhərində ticarət mərkəzinin dayanacağında baş verib. Atışma avtomobili qaçırmağa cəhd edən cinayətkar və hadisə yerinə cəlb edilən polis arasında baş verib. Atışma zamanı bir polis əməkdaşı ölüb, yaralanan olmayıb.

Cinayətkarın saxlanıldığı bildirilir. Saxlanılan  60 yaşlı şəxsin qonşu Alberta əyalətinin sakini olduğu bildirilir.

Gununsesi.info