Karlo Ançelotti istefaya göndərildi

  • By admin
  • 28 Sentyabr 2017 19:26

teleqraf.com1432879751karlo ancelotti

Almaniyanın “Bayern” (Münhen) futbol komandasının baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, klubun İdarə Heyətinin sədri Karl-Haynts Rumeniqqe bildirib ki, komandanın mövsümün əvvəlindən çıxışı onları qane etməyib.

“Klubumuzun direktoru Hacan Salihamidziçlə birlikdə yaranmış mürəkkəb vəziyyəti Ançelotti ilə müzakirə etdik və qərarımızı ona bildirdik”, – deyə Rumeniqqe bildirib.

İtaliyalı mütəxəssislə yanaşı, onun qərargahının daha bir neçə üzvü də komandanı tərk edəcək.

Komanda müvəqqəti olaraq Ançelottinin köməkçisi olmuş 40 yaşlı Villi Sanyola tapşırılıb.

Qeyd edək ki, “Bayern” Çempionlar Liqasının II turunda dünən parisdə PSJ-yə böyük hesabla (0:3) uduzub.

Bundesliqada isə hazırda 3-cü yerdədir.

Gununsesi.info