Kasıb və varlıların beyinləri fərqlidir - ALİMLƏR

  • By admin
  • 24 İyun 2022 09:18

Kasıb və varlı insanlar təkcə yaşayış tərzləri, iqdisadi durumları ilə fərqlənmir. Onların beyin quruluşu da fərqli olur.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Harvard Universitetinin və Massaçusets Texnologiya İnstitutunun neyrobioloqları belə qənaətə gəliblər.

Onların araşdırmaları nəticəsində məlum olub ki, varlı uşaqlarda beyin qabığı görmə qavrayışına cavabdeh olan və düşünmədə iştirak edən yuxarı və yan hissələrdə daha qalındır. Bu zonalar uzunmüddətli yaddaşa da cavabdehdir.

Tədqiqatçılar, həmçinin qeyd edirlər ki, bu, məktəb və universitetlərdə imkanlı uşaqların digərlərindən daha yaxşı dərs oxumasının səbəbi ola bilər.

Gununsesi.info