
Əvvəllər məhkum olunan şəxsdən tapança, patron darağı və patron götürülüb.
Gununsesi.info DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rüstəm Məlikovdan “Walter PPK-699000” markalı tapança, 1 patron darağı və 7 ədəd patron götürülüb.
Gülnaz Qənbərli
Gununsesi.info
