Keyfiyyətsiz spirtli içkidən 10 nəfər dünyasını dəyişdi

  • Müəllif: admin
  • 29 Oktyabr 2016 08:38

araq

Pakistanın Pəncab əyalətinin Celam şəhərində xristianların yaşadığı məhəllədə keçirilən toy mərasimində keyfiyyətsiz spirtli içki qəbul edən 10 nəfər dünyasını dəyişib.

Gununsesi.info-nun məlumatına görə, yoxlama nəticəsində məlum olub ki, qəbul edilən spirtli içki həmin məhəllədə ev şəraitində hazırlanıb.

Pakistanda müsəlmanlara spirtli içki qəbul etmək qadağandır, ancaq bu qadağa ölkədə yaşayan xristianlar və induslara şamil olunmur.

Qeyd edək ki, bu ilin martında da Pakistanın Kəraçi şəhərində spirtli içki qəbulundan 40 nəfər dünyasını dəyişmişdi.

Gununsesi.info